Voronej vilayətində kəndə Rusiya təyyarəsindən sursat düşüb - video

Rusiya təyyarəsindən sursatın düşməsi nəticəsində Voronej vilayətinin Petropavlovka kəndində azı 7 fərdi yaşayış binasına ziyan dəyib. Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Petropavlovkanın bir neçə küçəsinin sakinləri müvəqqəti məskunlaşma mərkəzlərinə, o cümlədən yaxınlıqdakı pansionata yerləşdiriliblər.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi aydınlaşdırıb ki, yanvarın 2-də səhər saat 9 radələrində Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinə məxsus təyyarənin Petropavlovka üzərində uçuşu zamanı “təyyarə sursatı təsadüfən kəndə düşüb”. Rusiya hərbçilərinin məlumatına görə, altı şəxsi binaya ziyan dəyib, lakin itki yoxdur. Dəymiş ziyanın mahiyyətini qiymətləndirmək üçün hadisə yerində komissiya işləyir.

Baza telegram kanalı Petropavlovkadan çəkilmiş video və fotoları dərc edib. Video görüntülərdə dağılmış evlər görünür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ