İsrail ordusu Qızıl Ayparanın Qəzzada yerləşən qərargahına zərbələr endirib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrail ordusunun (IDF) Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzzada yerləşən qərargahına hücumu barədə məlumat yayıb. Müvafiq məlumat X sosial şəbəkəsində (keçmiş Twitter) yerləşdirilib.

“İşğalçı qüvvələr... Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahına zərbələr endirib”, - məlumatda deyilir.

Qeyd edilib ki, bir neçə nəfəri xilas etmək mümkün olmayıb. Həmçinin əlavə olunub ki, İsrail pilotsuz təyyarələri Əl-Amal qərargahı və Xan Yunisdəki xəstəxana ətrafını atəşə tutmağa davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ