Cənubi Koreyada müxalifət liderinə bıçaqla hücum ediblər - video

Cənubi Koreyanın aparıcı müxalif demokratik partiyası “Toburo”nun lideri Li Çje Myonq ölkənin Busan liman şəhərinə səfəri zamanı hücuma məruz qalıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Hücum Li tikilməkdə olan hava limanını ziyarət etdikdən sonra jurnalistlərə danışarkən baş verib. Siyasətçi boyun nahiyəsindən zərbə alıb. Partiya lideri xəstəxanaya çatdırılıb.

Hücum edən şəxs hadisə yerində saxlanılıb. Agentlik yazır ki, onun “20-30 sm uzunluğunda silahı” olub.

Li Çje Myonq 2022-ci ildə Cənubi Koreyada keçirilən prezident seçkilərində iştirak edib. Seçkilərdə o 47,83% faiz səs toplayıb və mühafizəkar Xalq Gücü Partiyasından olan rəqibi Yoon Suk-Yeola uduzub (48,56%).

Li ölkədə korrupsiyada şübhəli bilinərək istintaqa cəlb olunub. 2023-cü ilin yanvarında o, ilk dəfə şübhəli şəxs qismində dindirilib, siyasətçi günahsız olduğunu bəyan edib.

Avqustun sonunda “Toburo”nun lideri Yoon Suk-Yeolun “səriştəsiz və qəddar” hamiyyiətinə etiraz etmək üçün aclıq aksiyasına başlayıb. O, həmçinin dövlət idarəçiliyində islahatların aparılmasını tələb edib. Aclıq aksiyasının 19-cu günü səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ