Rusiya Ukraynaya kütləvi raket zərbəsi endirib - video

Yanvarın 2-nə keçən gecə Rusiya qoşunları Ukraynanı raket atəşinə tutublar.

Yanvarın 1-i axşam saatlarında və gecə saatlarında Rusiya hərbçiləri “Şahed-136/131” tipli 35 hücum pilotsuz uçuş aparatını işə salıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, bütün pilotsuz təyyarələr vurulub. Rusiya qoşunları həmçinin bir neçə istiqamətdə raket hücumu həyata keçirib: Tu-95MS bombardmançılarından və MiQ-31K qırıcılarından (“Kinjal” raketlərinin daşıyıcısı) hücumların olduğu bildirilir. Ukrayna Hərbi Hava Qüvvələri Rusiya qoşunlarının Kiyev istiqamətində “Kinjal” raketi atdığını bildirib. Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. 

Kiyev

Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Desnyanski rayonunda PUA-nın parçası açıq əraziyə düşüb. O, ərazidəki supermarketdə yanğın baş verdiyini bildirib. Bundan əlavə Kiyevin Peçerski rayonunda raket qalıqları doqquz mərtəbəli yaşayış binasının damına düşüb. Həmçinin Qoloseyevski rayonunda raket parçaları parkdakı açıq sahəyə, Obolonski rayonunda isə qeyri-yaşayış binasının üzərinə düşüb. Podolsk vilayətində qaz kəməri zədələnib. Kliçko bildirib ki, Svyatoşinski rayonunda sosial infrastruktur obyektinə ziyan dəyib.

O həmçinin qeyd edib ki, Kiyevin bəzi ərazilərində su təchizatında müvəqqəti problemlər yaranıb. Şevçenkovski, Svyatoşinski, Qoloseyevski və Obolonski rayonlarında elektrik enerjisi qismən kəsilib. Kiyev vilayətinin Buçanski və Vışqorod rayonlarında da elektrik enerjisi yoxdur.

Son məlumatlara görə, Kiyevin Solomenski rayonundakı evlərdən birində on nəfər xəsarət alıb, zərərçəkənlərin əksəriyyəti xəstəxanaya yerləşdirilib.

Xarkov

Xarkovda şəhərin mərkəzindəki yaşayış massivlərinə bir neçə zərbə endirilib. Bu barədə şəhər meri İqor Terexov məlumat verib. Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov RF qoşunlarının Xarkova ən azı dörd zərbə endirməsinə aydınlıq gətirib. Yaşayış binalarına və avtomobillərə ziyan dəyib. 

İlkin məlumatlara görə, Xarkovda 7 nəfər xəsarət alıb.

“Suspilne” telekanalı xəbər verir ki, partlayış səsləri Kirovoqrad vilayətinin Kropivnitski rayonunda da eşidilib. Hücumun nəticələri barədə hələlik məlumat verilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ