Yaponiyada sunami təhlükəsi elan edilib - video

Yaponiyada Honsyu adasının şimal-qərb sahilində yerləşən İsikava prefekturasında zəlzələ baş verib. Bu barədə Asahi TV  məlumat yayıb.

Zəlzələnin episentri Noto yarımadasında, ocağı isə 10 km dərinlikdə yerləşib. İlkin olaraq yeraltı təkanların maqnitudası 7.4 bal qiymətləndirilib, daha sonra 6.1 bala qədər korrektə edilib.

Ölkənin bütün şimal-qərb sahillərində sunami təhlükəsi elan olunub. Dalğanın hündürlüyünün 5 metrə çata biləcəyi barədə xəbərdarlıq edilib.

Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, sunami artıq sahilə çatıb. İsikava prefekturasının Vacima şəhərində hündürlüyü 1,2 metrdən çox, Toyama şəhərində (eyniadlı prefekturanın mərkəzi) 80 sm, Niiqata prefekturasının Kasivazaki şəhərində 40 sm hündürlüyündə dalğalar qeydə alınıb.

Sahil ərazilərində və ya çayların yaxınlığında yaşayan insanlardan dərhal təxliyyə edilməsi tələb olunub. Yeraltı təkanlar səbəbindən üç yüksəksürətli qatar xəttində hərəkət dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ