Argentina prezidenti səhnədə aktrisa ilə öpüşdü - video

Argentina prezidenti Xavyer Miley dostu və aktrisa Fatima Floresin şousunda iştirak edib. Xavyer Miley tamaşanın sonunda səhnəyə çıxaraq aktrisanı ehtirasla öpüb. Öpüş Argentina televiziya kanallarında göstərilib.

“Argentina lideri Miley dostu, aktrisa Fatima Floresin nümayişində iştirak etmək üçün Mar del Plataya gedib. Çıxışının sonunda prezident dəvətlə səhnəyə çıxıb və burada aktrisanı ehtirasla öpüb”, – Argentinanın “Parati” nəşri yazır.

Öpüşdən sonra o, teatr səhnəsindən Argentinanın irəliləyəcəyini bəyan edib:

“Yaşasın azadlıq! Argentina azad olacaq!”

Səmimi hərəkətin şahidinin sözlərinə görə, prezident və aktrisa çıxışdan sonra Mileyin qaldığı “Provincial Hotel”ə gediblər.

Dekabrın 10-da keçirilən andiçmə mərasimindən sonra Xavyer Miley rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. O, əvvəldən deyirdi ki, argentinalılar çətin günlərə hazırlaşmalıdırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ