FT-nin 2024-cü il üçün proqnozu: Tramp uduzacaq, X şirkəti müflis olacaq

2024-cü ildə ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkidə uduzacaq və İlon Maskın X şirkəti müflis olacaq. Gələn il üçün bu proqnozu “The Financial Times” (FT) verib.

Qeyd olunur ki, 2023-cü ildə irəli sürülən 20 fərziyyədən yalnız üçü özünü doğrultmayıb.

Jurnalistlərin fikrincə, gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp qalib gəlməyəcək, ölkəyə növbəti dəfə Co Bayden rəhbərlik edəcək. Trampın da ən azı bir məhkəmədə mühakimə olunacağı proqnozlaşdırılır. Nəşr hesab edir ki, siyasətçi bunu Baydenin təqibi kimi təqdim edəcək.

Proqnozda həmçinin bildirilir ki, Qərb dövlətləri Ukraynaya yardımlarını davam etdirəcək. Eyni zamanda, Tramp prezident seçkilərində qalib gəlsə, Kiyevin maliyyələşdirilməsi problemə çevriləcək.

“Ukrayna, çox güman ki, hələ də hərbi irəliləyiş əldə etməkdə çətinlik çəkəcək və Moskva ilə danışıqlar aparmaq üçün artan təzyiqlə üzləşəcək”, - bəyanatda deyilir.

Qəzet hesab edir ki, Yaxın Şərqdə genişmiqyaslı münaqişə olmayacaq - İsrailin HƏMAS-la müharibəsinin qarşısının alınacağına ümid var. Bundan əlavə, Çinin Tayvana hücumu gözlənilmir.

Jurnalistlər iqtisadi proqnozlar da veriblər - onlar hesab edirlər ki, İlon Maskın X şirkəti 2024-cü ildə müflis olacaq. Bununla belə güman edilir ki, iş adamı vəziyyətdən çıxacaq və yenə dünyanın ən zəngin adamı olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ