İsrailin yeni XİN rəhbərinin adı məlum oldu

İsrail hökuməti ölkənin Xarici İşlər Nazirliyinin yeni rəhbərini təyin edib. Bu vəzifəyə energetika naziri İsrael Kats təsdiq edilib.

Hökumətin bəyanatından məlum olub ki, Kats bu vəzifədə Eli Koeni əvəz edib. Sonuncu isə, öz növbəsində energetika və infrastruktur naziri postunu tutub. Həmçinin bildirilir ki, bu dəyişikliklər İsrail parlamenti - Knesset tərəfindən təsdiqlənməlidir.

Dekabrın əvvəlində İsrailin keçmiş xarici işlər naziri Koen bildirib ki, BMT-nin baş katibi Antonio Quterreşin fəaliyyəti qlobal sülhü təhdid edir. Siyasətçinin sözlərinə görə, BMT Nizamnaməsinin maddələrindən biri HƏMAS-a dəstəyi ifadə edir.

Bundan əvvəl Koen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı reallığı təhrif etməkdə ittiham edib. O, İsraili terrorçu dövlət adlandıran Türkiyə liderinin bəyanatını tənqid edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ