İlon Mask dünyanın ən zəngin adamı olub

Amerikalı sahibkar və iş adamı İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb. Bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, Mask yenidən dünyanın ən varlı adamları siyahısına başçılıq edib. 

Amerikanın “Amazon” şirkətinin rəhbəri Ceff Bezos sərvətini 70 milyard dollardan çox, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq isə 80 milyard dollar artırıb.

Bundan əvvəl X sosial şəbəkəsinin yeni sahibi İlon Mask şirkətin işçilərini əmək müqaviləsi üzrə vəd edilən bonuslardan məhrum edib. Eyni zamanda şirkətin dəyəri 19 milyard dollara çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ