Türkiyədə zəncirvari qəzada 11 nəfər ölüb - video

Türkiyədə Şimali Mərmərə avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Yeddi nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza yaranıb. Onlar arasında 3 avtobus və 1 yük avtomobili də olub.

Nəticədə 11 nəfər həlak olub, daha 54 nəfər isə yaralanıb. Qəza səbəbindən İstanbul istiqamətində hərəkət dayanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ