İrəvanı daha təhlükəli oyunlara sürükləmək istəyirlər - Zaxarova

Biz xarici qüvvələrin İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz görürük ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Onun hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər. Ermənistanla münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülhü, sabitliyi və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün çox vacibdir. Bir sıra səbəblərə görə: bu, bizim ümumi tariximizdir, xalqların və mədəniyyətlərin bir-birinə nüfuz etməsi, regional planın sabitliyi, bunlar ümumi çağırışlar və birgə həlli daha asan olan ümumi problemlərdir”, - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün də ilkin şərtlər var. Eyni zamanda, Rusiya Cənubi Qafqazda münaqişənin azaldılmasında və bu regionun zəngin potensialının üzə çıxarılmasında maraqlıdır ki, bu da “3+3” regional platforması çərçivəsində genişləndirilmiş qarşılıqlı fəaliyyətlə asanlaşdırıla bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ