Rusiyada sualdan qəzəblənən icra başçısı jurnalisti yerə çırpdı - VİDEO

Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ona sərt sual verən jurnalistə hücum çəkərək yerə çırpıb.

Buta.media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Rossiya-24” telekanalının müxbiri İvan Litomin rayon başçısından 4 il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də evsiz-eşiksiz, qeyri-insani şəraitdə yaşadıqlarının səbəbini soruşub.

Sual məmuru qəzəbləndirib və jurnalistə hücum edərək onu döşəməyə yıxıb.

Zaytsevin müavini isə rəisini dayandırmaq əvəzinə jurnalistin kamerasını bağlamaq istəyib.

Telekanal hadisə ilə bağlı baş prokurora, İstintaq Komitəsinin və DİN-in rəhbərliyinə müraciət edib, jurnalistin peşə fəaliyyətinə əngəl yaradılmasına görə rayon başçısının cinayət məsuliyyətinə tələb edilməsinə çağırıb.

Sergey Zaytsev isə yerli KİV-ə insidenti şərh edərkən jurnalistləri “təxribatçı” adlandırıb. Məmurun dediyinə görə, o sadəcə olaraq jurnalistlərdən kabineti tərk etməyi tələb edib.

Rusiya İstintaq Komitəsi tərəfindən Sergey Zaytsevin barəsində jurnalistin peşə fəaliyyətinə mane olmaq maddəsi ilə cinayət işi başladılıb.

Zaytsevin üzvü olduğu hakim “Vahid Rusiya” partiyası onun Zaytsevin hərəkətinə görə üzr istəyib və onun məsələsinə etika komissiyasının baxacağını açıqlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ