Roma Papası Azərbaycan və Ermənistanla bağlı çağırış edib

Roma Papası Fransisk Milad bayramı münasibətilə inanclılara müraciətində Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunacağına ümid etdiyini bildirib.

Papa bu barədə “Şəhərə və dünyaya” (“Urbi et Orbi”) adlı müraciəti zamanı deyib. O, bütün dünyada sülhə nail olunması üçün səylərin göstərilməsinə çağırış edib.

Pontifik Müqəddəs Pyotr meydanında dindarları sülhə “hə”, müharibələrə isə “yox” deməyə çağırıb. O, həmçinin, silahlara “yox” deyilməsi üçün də çağırış edib.

Papanın fikrincə, silah istehsalı və satışı artdıqda sülhə nail olmaq daha çətinləşir.

Roma Papası Fransisk qeyd edib ki, Azərbaycan və Ermənistanın, xüsusilə, humanitar proqramların həyata keçirilməsi yolu ilə dayanıqlı sülhə yaxınlaşması üçün dua edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ