HƏMAS təşkilatının nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi İsrailin zolağın mərkəzi hissəsində yerləşən Əl-Maqazi qaçqın düşərgəsinə hava hücumu edib. “BBC News” və “The Guardian” xəbər verir ki, hücum nəticəsində ən azı 70 nəfər ölüb.
Nazirliyin sözçüsü Əşrəf Əl-Qudra ölənlərin sayının arta biləcəyini bildirib. O iddia edib ki, zərbə nəticəsində əhalinin sıx məskunlaşdığı yaşayış massivinin dağılıb.
İlkin məlumatlara görə, hücum dekabrın 24-ü axşam saatlarında baş verib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, İDF zərbə ilə bağlı məlumatları öyrənir.
“The Guardian” xatırladır ki, Əl-Maqazi daha əvvəllər də bir neçə hücuma məruz qalıb.
HƏMAS terrorçuları oktyabrın 7-də İsrailə hücum edərək 1200-ə yaxın adamı öldürüb, 240 nəfəri girov götürüblər. Hücuma cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hava zərbələri endirib, daha sonra quru əməliyyatına başlayıb. HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, Yaxın Şərqdə münaqişənin yeni gərginləşməsi nəticəsində 20 mindən çox fələstinli həlak olub.
Noyabrın 24-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS yaraqlıları ilə müharibədə müvəqqəti atəşkəs imzalayıb. Razılaşmanın şərtlərinə görə, yaraqlılar 81 israillini və sazişdən kənar digər ölkələrin 24 vətəndaşını azad ediblər. Bunun müqabilində İsrail hakimiyyəti 210 fələstinlini həbsdən buraxıb. Dekabrın 1-də İsrail hərbçiləri Qəzza zolağında döyüşləri bərpa edib. Dekabrın 15-də məlum olub ki, İsrail ordusunun əsgərləri Qəzzanın şimalındakı Şecaya bölgəsində gedən döyüş zamanı səhvən üç israilli girovu güllələyiblər.