İraqın şimalındakı Zap bölgəsində Kürdüstan Fəhlə Partiyasının terrorçularının hücumu nəticəsində daha 6 türk əsgəri şəhid olub, 1 hərbçi isə yaralanıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl, cümə günü axşam saatlarında İraqın şimalında PKK yaraqlılarının hücumu və ondan sonrakı döyüş nəticəsində 6 türk əsgəri şəhid olmuşdu.
“Dekabrın 23-də terrorçularla toqquşmada 6 hərbçimiz şəhid olub, biri yaralanıb. Bu günə qədər Zap bölgəsində azı 13 terrorçu məhv edilib”, - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyinin məlumatına görə, hücum bölgəsində Türkiyə Hərbi Hava Qüvvələri PKK yaraqlılarının toplaşdığı yerlərə və onların mümkün geri çəkilmə zonalarına zərbələr endirir.