İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda bölgədə terror təşkilatlarına qarşı əməliyyat davam etdirilir. Yaraqlıların mövqelərinə endirilən aviazərbələr zamanı 7 terrorçu zərərsizləşdirilib.
Baş verən hadisə ilə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.