Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub. Tərəflər Azərbaycan və Ermənistan arasında nizamlanmanı müzakirə ediblər.
Bu barədə diplomatik mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.
Türkiyəli nazir Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarı olduğunu bildirib.