Praqanın mərkəzində atışma: ölənlər var - video

Çexiya polisi atəş açan şəxsin öldürüldüyünü bəyan edib.

Xilasetmə xidmətinin məlumatına görə, atışma nəticəsində atıcı özü də daxil olmaqla 11 nəfər həlak olub.

Daha doqquz nəfər ağır, 5-6 nəfər orta, on nəfərə qədər isə yüngül xəsarət alıb.

19:12

Praqada Karl Universitetinin İncəsənət fakültəsinin mərkəzi Yan Palax meydanında yerləşən binasında atışma baş verib. Bu barədə Novinky.cz saytı məlumat yayıb.

Çexiya polisi Yan Palax meydanının bağlandığını açıqlayıb. İlkin məlumatlara görə, ölən və yaralananların var, lakin onların dəqiq sayı hələlik məlum deyil. Hadisə yerinə xüsusi sidmət orqanları cəlb olunub.

Novinky.cz xəbər verir ki, tələbələr fakültənin sinif otaqlarında və kitabxanasında qalıblar. Bəzi insanlar binadan küçəyə qaçıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ