Misir azərbaycanlı dənizçini azad etdi

Misirdə girov saxlanılan “Sea Shark” tankerinin heyət üzvləri sərbəst buraxılıb.

Buta.media xəbər verir ki, “Ukrainskaya pravda” nəşrinin məlumatına görə, onların arasında Azərbaycan vətəndaşı da olub.

Tankerin heyəti 31 nəfərdən ibarət olub. Onların əksəriyyəti Ukrayna vətəndaşlarıdır.

Xatırladaq ki, tanker ötən ilin dekabr ayında Misir Hərbi-Dəniz Donanması tərəfindən saxlanılıb. Misirin müvafiq strukturları gəmiyə 11 milyon barel neftin qanunsuz yükləndiyini iddia edib. Misirin ərazi sularına qanunsuz daxil olduğuna görə tankerin sahibinə qarşı 56 milyon dollarlıq iddia qaldırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ