İsrail qaçqın düşərgəsini atəşə tutdu: yüzdən çox insan həlak oldu

İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsini atəşə tutması nəticəsində yüzdən çox insan həlak olub.

Bu barədə anklavın Səhiyyə Nazirliyinin baş direktoru Munir Əl-Bərş bildirib.

“Cəbəliyyədə 100-dən çox insan həlak olub, daha 100 nəfər dağıntılar altında qalıb, 20 nəfər isə yaralanıb”, - “Əl-Cəzirə” onun sözlərindən sitat gətirib.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək 1200-ə yaxın adamı öldürüb, 240 nəfəri girov götürüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hava zərbələri endirərək hücuma cavab verib və sonra quru əməliyyatına başlayıb.

Noyabrın 24-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS yaraqlıları ilə döyüşlərdə müvəqqəti atəşkəs imzalayıb. Razılaşmanın şərtlərinə görə, yaraqlılar 81 israillini və sazişdən kənar digər ölkələrdən olan bir neçə vətəndaşı azad ediblər. Bunun müqabilində İsrail hakimiyyəti ümumilikdə 210 fələstinlini həbsdən azad edib. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri hərbi əməliyyatların bərpa olunduğunu elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ