Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.
Buta.media-nın məlumatına görə, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze ONA-ya müsahibəsində bildirib.
Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçidağda yerləşən məbədə rahat şəkildə getdiyini bildirib:
“Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsın. Bu, çox emosional məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq”.