Azərbaycanla sülh sazişinin imzalanması çox realdır - Paşinyan

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması çox realdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır.

“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik”.

Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu kommunikasiyalarını bərpa etməyə, həm də yeni əlaqələr qurmağa hazırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ