Kiyevə raket hücumu: 50-dən çox insan yaralanıb - foto / video

Kiyevə gecə saatlarında raket hücumu nəticəsində 53 nəfər yaralanıb. Bu barədə Kiyev meri Vitali Kliçko deyib.

Onlardan ikisi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlər 33 yaralıya yerindəcə tibbi yardım göstəriblər. 

Ukrayna paytaxtının ballistik raketlərlə atəşə tutulması səbəbindən həyəcan siqnalı ilə partlayışlar arasındakı interval qısa olub.

Kliçko qeyd edib ki, raketlərin qalıqları düşən bəzi ərazilərdə kraterlər əmələ gəlib, şəhərin su təchizatında problemlər yaranıb.

Hazırda su təchizatının bərpası istiqamətində işlər aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ