Qəzzada iki israilli girovun cəsədi tapılıb

 


İsrail hərbçiləri Qəzzada HƏMAS yaraqlıları tərəfindən girov götürülən iki nəfərin cəsədini tapıblar. Bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilir.

Bunlar Nova musiqi festivalından qaçırılan 27 yaşlı Eden Zakariyya və İsrailin daha əvvəl öldüyünü elan etdiyi 36 yaşlı Ziv Dadodur.

İDF onların ailələrinə başsağlığı verib.

“Bizim vəzifəmiz itkin düşənləri tapmaq və bütün girovları evlərinə qaytarmaqdır. Biz bütün girovların evlərinə qaytarılması üçün kəşfiyyat və əməliyyat vasitələrindən istifadə edərək təhlükəsizlik orqanları ilə birlikdə işləyirik”, - İDF-nin bəyanatında deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ