Milan metrosunda rumın qız azərbaycanlı kişini qarət edib

Milanda 35 yaşlı Azərbaycan vətəndaşı 21 yaşlı cibgir qız tərəfindən qarət edilib. Azərbaycanlının 14 min avro pulu oğurlanıb.

İtaliya mətbuatının yazdığına görə, hadisə metronun “Centrale” stansiyasında baş verib. Azərbaycan vətəndaşı cinayətkarı “üzə çıxara” və onu hüquq-mühafizə orqanlarına təhvil verə bilib. Lakin qızın cibindən cəmi 1400 avro tapılıb.

Polis 21 yaşlı qızın Rumıniya vətəndaşı olduğunu müəyyən edib. O, əvvəllər də cibgirliklə məşğul olub. Hüquq-mühafizə xidmətləri ehtimal edirlər ki, qız pulun qalan hissəsini şərikinə köçürüb. Lakin, bu sadəcə versiyalardan biridir. Polis azərbaycanlının faktiki olaraq 14 min avrosunun oğurlandığını hələ təsdiqləməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ