Dünyanın ən zəngin ailəsi məlum olub

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın da daxil olduğu Əbu-Dabinin hakim Əl Nəhyan sülaləsi 2023-cü ildə dünyanın ən zəngin ailələri reytinqində birinci yeri tutub. “Bloomberg”ə görə, ailənin sərvəti 305 milyard dollar təşkil edir.

Agentliyin məlumatına görə, ikinci yerdə “Walmart” mağazalar şəbəkəsinin sahibi olan Uolton ailəsi tutub. “Bloomberg” ailənin sərvətini 259,7 milyard dollar qiymətləndirir. “Hermes” moda evininin təsisçisi Hermes ailəsi 150,9 milyard dollarla reytinqdə üçüncü yerdədir.

Dördüncü yerdə “Mars” şirkətinin sahibi Mars ailəsi qərarlaşıb. Qətərdə hakimiyyətdə olan Əl Tani ailəsi beşinci yeri tutub.

Reytinqdə həmçinin Səudiyyə Ərəbistanının hakim sülaləsi Əl Saud, “Thomson Reuters” media şirkətinin səhmlərinin 69%-nə sahibi Tomson ailəsi, həmçinin “BMW”nin səhmlərinin təxminən yarısına sahib olan Quandt ailəsi də yer alıb. Bundan əlavə, siyahıya “Hyatt” hotellər şəbəkəsinə sahib olan Pritzker ailəsi və “Auchan” supermarketlər şəbəkəsinə sahibi Mülye ailəsi də daxil edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ