Putin 2024-cü ildəki prezident seçkilərində də namizədliyini irəli sürəcək

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

TASS xəbər verir ki, Rusiya lideri bu barədə məlumatı Kremldə keçirilən tədbir zamanı elan edib.

Məlumata görə, Putin bu barədə Rusiya qəhrəmanlarına “Qızıl ulduz” medalının təqdim edilməsi mərasimindən sonra “Donetsk Xalq Respublikası”nın nümayəndəsi Artyom Joqaya bildirib. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ