Bayraktar TB2 pilotsuz uçuş aparatının (PUA) istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə öz peykini kosmosa buraxmağı planlaşdırıb.
Peyk üzərində işlər son il yarımdır ki, davam edir.
“Biz hamının getdiyi yerə getmirik, biz gələcəyi təsəvvür edirik və bu gün o gələcək üçün yarışmağa hazırlaşırıq. Biz aşağı orbitli komanda peykləri və orbital nəqliyyat vasitələri üzərində işləyirik”, - deyə şirkətin idarə heyətinin sədri Səlcuk Bayraktar bildirib.
O əlavə edib ki, kosmik gəmi naviqasiya və kommunikasiya texnologiyalarını dəstəkləmək üçün istifadə olunacaq.
Oktyabr ayında “Baykar” şirkəti Bayraktar TB3 PUA-sının sınaqlarını uğurla başa vurub.