Snoop Dogg hələ də İrəvanda konsert verəcək

Amerikalı reper Snoop Dogg İrəvandakı konserti 2024-cü ildə baş tutacaq, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan jurnalistlərə bildirib.

“İndi tarixlər razılaşdırılır. Danışıqlar başa çatdıqdan sonra təşkilatçı şirkət tarixi elan edəcək. Ola bilsin ki, konsert ya may, ya da iyunda baş tutsun”, - Andreasyan aydınlıq gətirib.

Bundan əvvəl xəbər verilmişdi ki, reperin İrəvanda sentyabrın 23-nə planlaşdırılan konserti Ermənistan hökumətinin qərarı ilə təxirə salınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ