Zaxarova Ermənistanı hədələdi

“Moskva Ermənistanla Azərbaycanı danışıqlar üçün Rusiya və üçüncü ölkələrə dəvət edib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə İrəvanla Bakı arasında danışıqlar prosesindən danışarkən deyib. 

“Biz tərəflərə Moskvada və üçüncü ölkələrdə çoxtərəfli danışıqlar çərçivəsində görüş üçün dəvətlər göndərmişik. Bakı hər zaman danışıqların aparılmasına hazır olduğunu bildirib. Təəssüflər olsun ki, erməni tərəfdaşlarımız barəsində eyni şeyi deyə bilmərik. Ola bilsin, onlar hesab edirlər ki, Paris, Vaşinqton, Brüsseldən olan yeni məsləhətçiləri daha maraqlı, daha yaxşı və daha səmərəli təkliflər verə bilərlər”, - deyə Zaxarova qeyd edib.

O bildirib ki, “Aİ-nin himayəsi altında keçirilən görüşlər, o cümlədən Praqa və Brüssel görüşləri, sentyabr hadisələrinə səbəb olub”.

“Ona görə də, indi ən yaxın dostlarının Ermənistana verəcəkləri məsləhətlər başqa bir sürprizə səbəb ola bilər - Praqa və Brüsseldə olduğu kimi. Axı məhz qərblilərin təklifi ilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələləri müvafiq sənədlərdə qeyd olunmayıb. Qərb məsləhətçilərinə yenidən etibar etmək istəyəndə bunu xatırlayan varmı?” - Zaxarova deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ