İsrailin HƏMAS ilə müharibənin növbəti mərhələsi üçün planları üzə çıxıb

İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında münaqişənin növbəti mərhələsi uzanmayacaq. Bu barədə The New York Times (NYT) yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Qəzetin anonim mənbəsinin bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri (İDF) yaxın həftələrdə Qəzza zolağında yüksək intensivlikli əməliyyat keçirəcək, sonra isə çox güman ki, “aşağı intensivlik rejiminə” keçəcək.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Fələstin hərəkatı atəşkəs razılaşmasını pozduqdan sonra İDF tam gücü ilə döyüşləri bərpa edib. Məlumdur ki, atəşin bərpası əmri HƏMAS-ın atəşkəs razılaşması çərçivəsində 15 qadın və iki uşağı azad etməkdən imtina etməsindən sonra verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ