Ərdoğan HƏMAS-ı terror təşkilatı kimi tanımaqdan imtina edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS radikal qruplaşmasını terror təşkilatı hesab etmir və gələcəkdə onu terror təşkilat; kimi tanımaqdan imtina edib. 

“Mən heç vaxt HƏMAS-ı terror təşkilatı kimi tanıya bilmərəm”, deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, HƏMAS terrorçu deyil, “1947-ci ildən bu günə kimi saxlaya bildikləri bir ovuc torpaqlarda döyüşməyə davam edən insanlardır”.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı legitim siyasi qüvvə adlandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı terrorizmi dəstəkləməkdə ittiham edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ