Rusiyada LGBT-nin fəaliyyəti qadağan edildi

Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciəti əsasında ölkədə LGBT hərəkatının fəaliyyəti ilə bağlı iclas keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə LGBT-nin ekstremist hesab edilməsi və fəaliyyətinin qadağan edilməsi barədə qərar çıxarıb.

Həmçinin, Rusiya Ədliyyə Nazirliyinin noyabrın 17-də verdiyi açıqlamada LGBT-nin fəaliyyətində sosial və dini ayrılıq elementlərinin aşkar edildiyi və bunun federal qanunu pozduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, LGBT-nin ekstremist hesab edilməsi və ölkədə fəaliyyətinin qadağan edilməsi üçün Rusiya Ali Məhkəməsinə müraciət edilib.

Bundan əlavə Rusiya Prezidenti Vladimir Putinin ötən il imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər” sırasına daxil olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ