Almatıda hosteldə yanğında 13 nəfər ölüb

Almatıda noyabrın 30-na keçən gecə Adi Şaripov küçəsində yerləşən hosteldə yanğın baş verib. Hadisə nəticəsində 13 nəfər ölüb. Onlardan 9-u Qazaxıstan, ikisi Rusiya, ikisi Özbəkistan vətəndaşıdır. Orda.kz yazır ki, yanğın zamanı hosteldə ümumilikdə 72 nəfər olub.

Hostel zirzəmidə yerləşirdi. Nəşr qeyd edir ki, belə yerlərin hostelə çevrilməsi qadağandır. Hostel avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunub və o, vaxtında işə düşüb.

Yanğının səbəblərini araşdırmaq üçün təcili olaraq Almatıya uçan fövqəladə hallar naziri Sırım Şərifhanovun başçılığı ilə hökumət komissiyası yaradılıb. Faktla bağlı insanların ölümü ilə nəticələnən yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ