Almaniya prezidentini Qətər hava limanında qarşılamağı unudublar - video

Qətər rəsmiləri Dohaya üç saatlıq rəsmi səfəri zamanı Almaniya prezidenti Frank-Valter Ştaynmayeri Qətər hava limanında qarşılamağı unudublar. Hadisə yerindən videonu “Deutche Welle” nəşri yayımlanıb.

Kadrlarda Almaniya liderinin diplomatik protokola əsasən qarşılanana qədər təxminən yarım saat təyyarədə necə gözlədiyi əks olunub. Artıq qırmızı xalçanın sərildiyini və fəxri qarovulun düzüldüyünü görmək olar. Almaniyanın Qətərdəki səfiri Lotar Frayşlader də hadisə yerində olub. Lakin Qətər rəsmisi prezidentlə görüşə gəlməyib.

Nəşrin məlumatına görə, problem Ştaynmayerin təyyarəsinin hava limanına planlaşdırılan vaxtdan bir qədər tez enməsi səbəbindən yaranıb, ona görə də Qətərin xarici işlər naziri Sultan əl-Murayçay görüşə gecikib.

Qeyd olunur ki, nə Qətər, nə Ştaynmayer, nə də Almaniya rəsmiləri hava limanında qeyri-adi diplomatik yubanmaya münasibət bildirməyiblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ