Henri Kissincer 100 yaşında vəfat edib

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında Konnektikutdakı evində vəfat edib. Nekroloqu dərc edən “The Washington Post” onun konsaltinq firmasının bəyanatına istinad edib.

Ölümün səbəbi dəqiqləşdirilməyib. Ancaq yaşa görə, çox güman ki, təbii ölümdür.

“Həm milli təhlükəsizlik müşaviri, həm də dövlət katibi kimi o, ABŞ-ın xarici siyasətinə o qədər ciddi nəzarət edirdi ki, prezidentdən xaric heç kəs ona uyğun gələ bilməz”, – nəşr yazıb

ABŞ-ın düşməni olmaq təhlükəlidir, dostu olmaq isə ölümcüldür.

Henri Kissincer
ABŞ-ın keçmiş dövlət katibi

Kissincer 1969-cu ilin yanvarından 1977-ci ilin yanvarına qədər prezidentlər Riçard Nikson və Cerald Fordun dövründə ilk milli təhlükəsizlik müşaviri və dövlət katibi vəzifəsində çalışıb. O, 53 yaşında vəzifəsini tərk edib və bundan sonra 40 il ərzində bütün dünyada hökumətlərlə strateji əlaqələr üzrə məsləhətçi kimi işləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ