İsrail İslami Cihad komandirini öldürüb

İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində Fələstin İslami Cihad batalyonunun komandirinin öldürüldüyünü açıqlayıb.

“Antiterror əməliyyatı zamanı Cenin qaçqın düşərgəsində düşərgə batalyonunun komandiri Məhəmməd Zubeydi də daxil olmaqla iki yüksək rütbəli terrorçu məhv edilib.

Zubeydi İslami Cihad qruplaşmasının yüksək rütbəli əməliyyatçısı və Cenin düşərgəsindəki əsas terrorçulardan biri olub”, - deyə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ