Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan və Azərbaycan arasında delimitasiya prosesinin bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb. 

Buta.media-nın məlumatına görə, o, sosial şəbəkədə paylaşımında bunu alqışladığını qeyd edib:

“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin bərpa olunmasını alqışlayıram. Əminəm ki, uzunmüddətli yaxşı qonşuluq və strateji tərəfdaşlıq münasibətləri rəhbər tutularaq, proses nəticə verəcək”.

Xatırladaq ki, bu ay Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın iki iclası keçirilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ