Paşinyan iclas zamanı işıqsız qaldı - video

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı işıq sönüb.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Bu zaman Paşinyan çaşqınlıqla ətrafa baxıb. Bir neçə saniyədən sonra isə işıqlar yenidən yanıb. 

O, buna görə ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı tənqid edib. 

Onun sözlərinə görə, ölkədə elektrik enerjisi keyfiyyətsizdir və hətta hökumət binalarında kabinetlərdə daima işıqlar əsir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ