Rusiya heç vaxt Ukrayna ilə danışıqlarından imtina etməyib - Putin

Rusiya Prezidenti Vladimir Putin G20 sammitindəki onlayn çıxışı zamanı ölkəsinin Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyini diqqətə çatdıraraq, hərbi əməliyyatların faciə olduğunu, buna son qoymaq barədə düşünməyin zəruriliyini vurğulayıb.

“Hərbi əməliyyatlar həmişə konkret insanlar, konkret ailələr və bütövlükdə ölkə üçün faciədir. Təbii ki, biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib”, - dövlət başçısı bildirib.

O, Rusiyanın Ukraynada və İsrailin Qəzzada apardığı hərbi əməliyyatları müqayisə edib. V.Putin bu iki hərbi əməliyyatın hansının daha dəhşərli olması barədə tədbir iştirakçılarına sual ünvanlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ