Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin Vladimir Putinin qətli ilə bağlı sözlərini şərh edib.
“Xatırlayırsınızsa, dəfələrlə Ukraynadan müxtəlif səviyyələrdə Putinin həyatına şifahi hədələr olub. Biz bunu yaxşı bilirik. Onların cəhdləri alınmayacaq. Şübhə etmirik ki, xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələrinə nail olunacaq”, – Peskov Ukrayna liderinin bəyanatını şərh edərkən deyib.
Bundan əvvəl Zelenski “The Sun” jurnalistinin Ukraynanın fürsət yaranarsa Rusiya prezidentini “öldürmək şansından” istifadə edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən bildirib ki, “bu, müharibədir və Ukraynanın öz torpağını müdafiə etmək hüququ var”.