Saakaşvili Gürcüstan prezidentindən əfv istəyib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Prezident Salome Zurabişviliyə müraciət edərək əfv edilməsini istəyib.

“Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər. Bunun üçün onun kifayət qədər cəsarəti var”, - deyə Saakaşvili məhkəmədə bildirib.

Eks-prezident əlavə edib ki, reabilitasiya üçün xaricə buraxılmalıdır.

Qeyd edək ki, Saakaşvili Gürcüstana 29 sentyabr 2021-ci ildə gəlib. Oktyabrın 1-də o, aclıq aksiyasına başladığı Rustavi şəhərində həbs olunub. Noyabrın 20-də Saakaşvili Qoridəki hərbi hospitala köçürülüb və orada aclıq aksiyasına son qoyub. 2022-ci il mayın 12-də Saakaşvili hazırda qaldığı Tbilisidəki “Vivamed” mülki klinikasına yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ