Yəmənli üsyançılar Qırmızı dənizdə İsrail gəmisini qaçırıblar

Yəmənin husi üsyançılarının Qırmızı dənizdə İsrailə məxsus “Galaxy Leader” gəmisini qaçırdığı iddia edilir. 
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, gəmidə 22 nəfər olub, lakin onlar arasında İsrail vətəndaşı olmayıb.

İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti gəminin İsrailə məxsus olduğunu təkzib edib və gəmidə heç bir israillinin olmadığını təsdiqləyib.

Bir müddət əvvəl Yəmən husi üsyançılarının “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Saria İsrailin mülki gəmilərinə hücum edəcəklərini bəyan edib. O, həmçinin digər ölkələri İsrail gəmilərində daşımalardan çəkinməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ