İsrail ordusu İordan çayının qərb sahilindəki şəhərlərə hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində Fələstinin şəhərlərinə genişmiqyaslı hücumlara başlayıb. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Qeyd olunur ki, İDF bölmələri cənubda Beytləhm, Beyt-Sahur və Hebron, eləcə də bölgənin şimalında Qalkilya, Tubas və Cenin şəhərlərinə hücum edib. Eyni zamanda, İsrail hərbçiləri ağır hərbi texnika və buldozerlərdən istifadə edərək bir neçə istiqamətdən Cenini hədəfə alıblar. Yerli sakinlərin sözlərinə görə, əsas hədəflərdən biri qaçqın düşərgəsidir.

Oktyabrın 27-də İsrail Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatını genişləndirməyə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ