Bakı və İrəvan razılığa gələ biliblər - Paşinyan

Azərbaycan və Ermənistan sülh sazişinin əsas prinsipləri ilə bağlı razılığa gələ biliblər. Bunu İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Yaxşı haldır ki, Azərbaycanla sülh müqaviləsinin əsas prinsipləri razılaşdırılıb. Bu, mənim Brüsseldə Azərbaycan Prezidenti [İlham Əliyev] ilə görüşlərim nəticəsində Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verib”.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışır və çox vaxt bir-birini başa düşmür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ