İsrail “Əl-Şifa” xəstəxanasında olanlara təxliyə üçün bir saat vaxt verib

İsrail ordusunun nümayəndələri Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasının əməkdaşlarına, xəstələrinə, eləcə də oradakı qaçqınlara tibb müəssisəsinin ərazisini tərk etmək üçün bir saat vaxt verib. Bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilib ki, İsrail hərbçiləri xəstəxana binasından və ona bitişik tikililərdən heç kimə çıxmağa icazə vermir. Təxliyə olumağa çalışan hər kəs dərhal saxlanılır.

Qeyd edilir ki, “Əl-Şifa”da blokadaya alınanlar arasında yaraqlılar yoxdur, yalnız yaralılar, xəstələr və su, qida və dərman əldə etməkdən məhrum olduqları üçün ölüm təhlükəsi ilə üzləşən qaçqınlar var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ