İsrail Fələstinin HƏMAS hərəkatı ilə 50/50 formulası üzrə girovların azad edilməsi ilə bağlı təklifi rədd edib.
Bu barədə İsrailin “Yediot Ahronot” nəşri məlumat yayıb.
Jurnalistlərin aydınlaşdırdığı kimi, İsrail qadınların uşaqlarından ayrılmamasını tələb edib. İsrail tərəfinin nümayəndələri 70 israilli girovun azad ediləcəyi təqdirdə sövdələşməni nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.
İsrailin baş naziri Benyamin Netanyahu 71 nəfərin azad edilməsini və hərbi əməliyyatların beş günlük dayandırılmasını nəzərdə tutan sazişi rədd edib. İsrail tərəfi hücumu dayandırmağa hazır deyil.
HƏMAS daha əvvəl azı 50 girovu azad etmək üçün razılıq verib.