Kreml Rusiyanın növbəti prezidentinin necə olacağını açıqladı: “Putin kimi”

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “MGIMO 360” tələbə informasiya kanalına müsahibəsində Rusiyanın növbəti prezidentinin necə olması sualına cavab verib. Peskovun sözlərini TASS sitat gətirir.

“Eynən, hazırki kimi. Yaxud fərqli, amma eyni”, – Peskov bildirib.

O əlavə edib ki, Vladimir Putin hələlik yeni prezidentlik müddətinə namizədliyini irəli sürəcəyini açıqlamayıb.

“Amma mən səmimi qəlbdən onun bunu edəcəyinə inanmaq istəyirəm. Onun seçkilərdə qalib gələcəyinə şübhəm yoxdur, onun bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur. Sonra baxarıq”, - Kreml nümayəndəsi bildirib.

Putin hələ beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamasa da, Kremlin onun iştirakı ilə seçkilərə hazırlaşdığı məlumdur. 

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçirilməlidir. Rusiya Federasiyasının Federasiya Şurası 2023-cü ilin dekabrında seçkilərin keçirilməsi ilə bağlı qərar verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ