İrəvanda partlayış: xəsarət alanlar var - video

Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin Kimya, Coğrafiya, Əczaçılıq İnstitutunun yerləşdiyi korpusda partlayış baş verib.

Məlumat və hadisənin baş verdiyi yerin yaxınlığında çəkilən görüntülər Ermənistanın “Telegram” kanallarında paylaşılıb.

İlkin məlumata əsasən, partlayış kimya kafedrasında baş verib.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər cəlb ediliblər.

İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ