ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpini görüş zamanı həyat yoldaşı Penq Liyuana ad günü təbriklərini çatdırmağı xahiş edərək utandırıb.
Bu barədə “Newsweek” nəşri yazıb.
Nəşrin yazdığına görə, Bayden çin liderinin həyat yoldaşına ad günü münasibətilə təbriklərini çatdırıb, buna cavab olaraq Si Cinpin etiraf edib ki, o, işə görə həyat yoldaşının gələn həftə baş tutacaq ad gününü unudub.
Qeyd edək ki, noyabrın 20-də Sinin həyat yoldaşının 61 yaşı tamam olacaq. Həmin gün ABŞ lideri 81 yaşını qeyd edəcək.